Livanın baş naziri yanlış adamı öpməsi gündəm oldu - VİDEO


Livanın baş naziri Necip Mikati Beyrut Rəfiq Həriri hava limanında italyan həmkarı Giorgia Meloni gözləyərkən çaşqınlıq yaşayıb. Təyyarədən ilk enən köməkçisini Meloni ilə səhv salanda, onu səmimi qəlbdən qucaqlayıb öpdü. Həmin anlar hamını güldürdü.

Turkustan.az xəbər verir ki, Livanın baş naziri Necip Mikati İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşüb. İtaliya liderinin təyyarəsi qarşısında gözləyən Livan lideri əvvəlcə Meloni əvəzinə başqasına salam verib. Onun salamlaşdığı şəxs baş nazir Melonun köməkçisi olub. Həmin anlar gündəmə çevrildi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ