Husilər noyabr ayından bəri İsrail, ABŞ və Böyük Britaniyaya məxsus 86 gəmini hədəf aldı


Yəməndəki husilər noyabr ayından bu yana Qırmızı dəniz və Oman dənizində İsrail, ABŞ və İngiltərəyə məxsus 86 gəmini hədəfə aldıqlarını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Husilərə məxsus Əl Məsirə Televiziyası Husilər Hərəkatının lideri Əbdülməlik əl-Hutinin çıxışını yayımlayıb.

Husi çıxışında hərəkata sadiq olduğunu bildirib. Yəmən Dəniz Qüvvələrinin bu həftə 9 gəmini hədəf aldığını qeyd edib.

Husilərin bu həftə ərzində keçirdiyi 10 əməliyyatda “düşmən” hədəflərinə qarşı 37 əməliyyat keçirilib. Pilotsuz uçuş aparatları ilə hücum həyata keçirdiklərini bildirən Husi, əməliyyatların İsrailin Eylat şəhərinə qarşı həyata keçirildiyini bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ