Ukrayna Xarici Kəşfiyyat Xidmətinin yeni rəhbəri bəlli oldu


Ukrayna Xarici Kəşfiyyat Xidmətinin yeni rəhbəri general Oleh İvaşşenko olub.

Turkustan.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski general Oleh İvaşşenkonu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etdiyini açıqlayıb.

Zelenski bu günki təyinatla bağlı verdiyi açıqlamada bunları deyib:

“ Mən döyüş generalı Oleh İvaşçenkonu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin yeni rəhbəri təyin etdim . O, kəşfiyyat fəaliyyətini, dövlətimizin bugünkü hədəflərini çox gözəl anlayan peşəkardır. Müharibə dövründə, Xidmətin tez və effektiv şəkildə təmin etməli olduğu tamamilə ictimai olmayan məsələlər var”.

Putinin sistemi harada üstünlük əldə etməyə çalışsa, Ukrayna qalib gəlməlidir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ