Mahmud Abbasdan yeni hökumətə razılıq


Fələstin prezidenti Mahmud Abbas ölkənin yeni baş naziri Məhəmməd Mustafanın rəhbərliyi ilə yaradılan yeni hökuməti təsdiqləyib.

Turkustan.az xəbər verir ki, keçən ay istefa verən Fələstin Baş naziri Məhəmməd Ştiyyenin yerinə gələn Baş nazir Məhəmməd Mustafanın rəhbərliyi altında qurulan yeni hökuməti Fələstin prezidenti Mahmud Abbas təsdiqləyib .

Yeni hökumət rəsmi olaraq bazar günü fəaliyyətə başlayacaq.

Baş nazir Mustafa bəyan edib ki, yeni hökumətin "ən mühüm milli prioriteti" Qəzza zolağında müharibəyə son qoymaq olacaq və onun kabineti "qəzza üçün məsuliyyəti öz üzərinə götürmək də daxil olmaqla, qurumları birləşdirmək üçün çalışacaq".

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ