İsrail döyüş təyyarələri ilə Suriyanı vurdu


İsrail Suriyanın şimal-qərbində yerləşənvilayətində hava limanına və müdafiə zavodlarına hava zərbəsi endirib . Hücum nəticəsində 36 Suriya əsgərinin öldüyü, çoxlu sayda yaralının olduğu bildirilib.

Turkustan.az xəbər verir ki, Suriya hökumətinə yaxın sosial media hesabları İsrail döyüş təyyarələrinin Sefire rayonunda beynəlxalq hava limanı və müdafiə fabriklərini hədəf aldığını açıqlayıb. Suriya ordusunun hava hücumundan müdafiə sistemlərinin düşmənin raketlərinə cavab verdiyi bildirilib.

Hücumla bağlı İsrail və Suriya rejimi tərəfindən hələlik heç bir açıqlama verilməyib. Suriya İnsan Haqları İzləmə Təşkilatı azı 36 suriyalı əsgərin öldüyünü və çoxunun yaralandığını bildirib.

Qeyd olunub ki, martın 17-də İsrail döyüş təyyarələri Kalamon bölgəsində bir çox nöqtəni hədəf alıb. 2011-ci ildə başlayan müharibədən bəri İsrail vaxtaşırı Hələb və Dəməşq hava limanlarına, İranın dəstəklədiyi qruplara və Suriya ordusunun Suriyadakı hərbi məntəqələrinə hücumlar təşkil edir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ