Parlamentdə gərginlik: Tüstü bombası atıldı


Albaniya parlamenti ölkənin 2024-cü il büdcəsini təsdiq edərkən müxalifət deputatları sessiya zamanı tüstü bombaları ataraq müzakirələrin qarşısını alıblar.

Turkustan.az xəbər verir ki, Albaniya parlamenti ölkənin 2024-cü il büdcəsini təsdiqlədiyi halda, müxalif deputatlar sessiya zamanı müzakirələrə mane olublar.

Əvvəllər müxtəlif üsullarla parlamentin iclaslarını əngəlləyən ana müxalifət partiyası olan Albaniya Demokratik Partiyasının (PD) və digər müxalifət partiyalarının deputatları bu gün kürsülərin qarşısına stullar qoyaraq, tüstü bombaları ataraq sessiyanın qarşısını almağa cəhd ediblər.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ