ABŞ-dən etiraf: İranın hücumlarında 100-ə yaxın əsgər yaralanıb


İranın bu ay Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına endirdiyi raket zərbələri nəticəsində təxminən 100 amerikalı hərbçinin yaralandığı iddia olunur.

Turkustan.az xəbər verir ki, anonimlik şərti ilə CBS News-a danışan ABŞ rəsmiləri İranın hücumlarına məruz qalan hərbi bazalarda çoxsaylı əsgərin xəsarət aldığını bildiriblər.

Məlumata görə, İranın Yaxın Şərqdəki ABŞ bazalarına həyata keçirdiyi raket hücumları nəticəsində təxminən 100 hərbçi yaralanıb. Yaralananların əksəriyyətinin müalicədən sonra yenidən xidmətə qayıtdığı qeyd olunub.

Pentaqonun sözçüsü Şon Parnell də televiziya müsahibəsində 7 iyuldan bəri təxminən 100 hərbçinin müxtəlif dərəcəli xəsarətlər aldığının müəyyən edildiyini təsdiqləyib.

Parnell bildirib ki, yaralananların 96 faizi artıq xidmətə qayıdıb.

"Onlar yenidən döyüş tapşırıqlarını yerinə yetirməyə qətiyyətlidirlər. Xəsarətlərin böyük əksəriyyəti yüngül beyin silkələnməsi olub", – deyə Pentaqon sözçüsü vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ