Netanyahu bu ölkəyə dəstəyini bir daha nümayiş etdirdi


İsrailin Baş naziri Benyamin Netanyahu 2026-cı il FIFA Dünya Kubokunun finalı öncəsində Argentinaya dəstək mesajı göndərib.

Turkustan.az xəbər verir ki, İsrail Baş Nazirinin Ofisindən verilən açıqlamaya görə, Netanyahu Argentinanın İsraildəki səfiri Şimon Aksel Vahniş ilə görüşüb.

Görüş zamanı səfir Vahniş Argentina prezidenti Xavyer Mileinin Netanyahuya ünvanladığı səsli mesajı təqdim edib. Mesajda Milei, "Sən mənim dostumsan, bizi hər zaman dəstəkləyirsən. Argentinanı dəstəklədiyini eşitmək məni sevindirdi", – deyə bildirib.

Netanyahu isə Mileinin mesajına belə cavab verib: "Xavyer, sən əsl dostsan. Biz də səni dəstəkləyirik və sabah Argentinanın yanındayıq. Uğurlar".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ