Zelenski: Ukrayna danışıqlara hazırdır, amma ərazilərindən imtina etməyəcək


Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna istənilən halda Rusiya ilə danışıqlara hazırdır, lakin ərazilərindən imtina etməyəcək.

Turkustan.az xəbər verir ki, dövlət başçısı bu barədə “The Guardian” qəzetinə verdiyi müsahibədə bildirib .

Zelenskinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin ətrafında müxtəlif insanlar var və "onların yarısı bu müharibəni davam etdirmək, digər yarısı isə onu dayandırmaq istəyir. İş adamları başa düşürlər ki, Rusiya iqtisadiyyatı dəhşətli vəziyyətdədir".

"Əgər Qərb ölkələri - Avropa, Kanada və ABŞ - sanksiyaları ləğv etməsə, Rusiyanın kölgə donanmasına və digər sektorlara təzyiqi artırmasa və Ukrayna döyüş meydanında güclü qalsa, biz sülhə daha yaxın olacağıq", - deyə prezident qeyd edib.

O qeyd etdi: "Diplomatik danışıqlar üçün potensial çərçivə barədə mesaj çatdırmaq üçün gələn bu iş adamına əvvəldən danışmağa hazır olduğumuzu dedim. Biz bu müharibəni istəmirdik və onu dayandırmaq istəyirik."

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ