Almaniya Polşaya "Eurofighter" yerləşdirir: Müdafiə əməkdaşlığı güclənir


Almaniya kansleri Fridrix Merz Avropa təhlükəsizliyinə artan təhdidlər fonunda Almaniya və Polşanın müdafiə əlaqələrini dərinləşdirəcəklərini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Berlində Polşanın Baş naziri Donald Tusk ilə keçirdiyi birgə mətbuat konfransında Merz iki hökumətin daha sıx əməkdaşlıq üçün əsas təşkil edən birgə bəyannamə üzərində razılığa gəldiyini bildirib.

"Biz təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığımızı dərinləşdirəcək və onu daha sistemli hala gətirəcəyik", - Merz bildirib.

Merz Rusiyanın Polşa hava məkanını pozmasından sonra Almaniya və Polşanın artıq bəzi addımlar atdığını, ölkəsinin NATO-nun hava əməliyyatlarını gücləndirmək üçün Polşaya Eurofighter təyyarələri yerləşdirdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ