Tramp Netanyahu ilə danışdı: Onu görüşə çağırdı


İsrail baş nazirlik ofisindən verilən açıqlamaya görə, ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu telefonla danışıb.

Turkustan.az xəbər verir ki, görüşdə HƏMAS-ın tərksilah edilməsi və sülh sazişlərinin genişləndirilməsi müzakirə edilib.

Donald Tramp Benyamin Netanyahunu Ağ Evə dəvət edib.

İsrailin Ətraf Mühitin Mühafizəsi Naziri İdit Silman təklif edib ki, prezident İsaak Hersoq baş nazir Benyamin Netanyahunu əfv etməsə, ABŞ prezidenti Donald Tramp İsrail ədliyyə sistemində bəzi yüksək vəzifəli şəxslərə müdaxilə edə və sanksiyalar tətbiq edə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ