Maduro: "Müharibəyə yox, sülhə, dialoqa hə!"


Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampla mümkün görüşlə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, həftəlik mətbuat konfransında gündəmi dəyərləndirən Maduro Trampın onunla bağlı dediyi sözlərə işarə edib: “Baxacağıq, necə olacaq, danışmaq istəyirlər”.

Maduro Trampla dialoqa hazır olduğunu bildirib və deyib:

"Bu ölkə sülhdədir, sülh içində olmağa davam edəcək və ABŞ-dan Venesuela ilə danışmaq istəyən hər kəs heç bir problem olmadan üz-üzə dialoq qura biləcək. Danışmaq istəyən hər kəs bizi burada tapacaq. Sözünün üstündə duran və dürüst xalqla qarşılaşacaqlar. Amma dağıdıcı planla gələn hər kəs 500 əsgərlə şəhərin qarşısına çıxacaq."

Trampı ingiliscə "sülh"ə çağıran Maduro, "Burada icazə verilməyən tək şey Venesuelanın xristian xalqının bombalanması və qətliam edilməsidir. Buna heç vaxt icazə verilmir. Dialoq, bunu ingiliscə dedim və hər zaman təkrar edirəm. İngiliscə bunu necə deyirsiniz? "'Yes to peace; no to war. Never, never war'

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ