Suriya prezidenti Əhməd Şara ABŞ prezidenti Donald Trampla Ağ Evdə keçirilən sammitin əsas məqsədinin ikitərəfli münasibətlərin yenidən qurulmasına başlamaq olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, noyabrın 10-da Ağ Evdə Trampla görüşən Şara, ABŞ-a səfəri zamanı Washington Post qəzetinə açıqlamasında vurğulayıb ki, iki ölkə arasında son 100 ildə əlaqələr heç də yaxşı olmayıb.
Şara bildirib ki, ABŞ və Suriya arasında ortaq maraqlar axtarılır:
“Təhlükəsizlik və iqtisadi maraqlar kimi üzərində qura biləcəyimiz bir çox ortaq maraqlarımızın olduğunu gördük,” – deyə o qeyd edib.
O, həmçinin Suriyadakı sabitliyin və qeyri-sabitliyin bölgəyə təsirini qeyd edərək əlavə edib:
“Sabitlik iqtisadiyyatla, iqtisadi inkişaf isə sanksiyaların qaldırılması ilə əlaqədardır. Bu müzakirələr aylardır davam edir və müsbət nəticələr əldə etdiyimizə inanıram, lakin hələ də yekun qərarı gözləyirik.”
Aytən Yaşar/ Turkustan.az