“Putinlə Trampın görüşə yox, buna ehtiyacı var” – Peskov


“Rusiya və ABŞ liderləri arasında görüş yox, Ukrayna nizamlanması ilə bağlı gərgin iş lazımdır”.

Turkustan.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O vurğulayıb ki, hazırda Vladimir Putin və Donald Tramp arasında sammitə ehtiyac yoxdur:

“Nizamlanma məsələsinin təfərrüatları üzərində çox ciddi işə ehtiyac var”.

Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri oktyabrın 16-da baş tutan söhbətdən sonra Budapeştdə görüşmək barədə razılığa gəlmişdilər. Lakin oktyabrın 23-də Tramp sammitin qeyri-müəyyən müddətə təxirə salındığını elan etdi./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ