Ursula fon der Leyen Almaniya prezidenti olur? - Açıqlama


Almaniyada 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyi planlaşdırmıram.

Turkustan.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen deyib.

O, seçkilərlə bağlı düşünmədiyini deyib:

“Mən Komissiya prezidenti kimi vəzifələrimə tam sadiqəm və digər vəzifələr üçün namizəd deyiləm”, - Leyen vurğulayıb.

Qeyd edək ki, Fon der Leyen 2019-cu ildən bəri Avropa Komissiyasına rəhbərlik edir və ötən il bu vəzifəyə yenidən təyin olunub. Almaniya mediasında onun 2029-cu ildə başa çatacaq mandatından əvvəl istefa verərək ölkəsinin prezidentliyinə namizəd ola biləcəyi barədə məlumatlar yayılmışdı. /axar.az/


MANŞET XƏBƏRLƏRİ