ABŞ Baş prokuroru Pam Bondi Vaşinqtonda həbslər və qanunsuz silahlarla bağlı məlumat yayıb.
Turkustan.az xəbər verir ki, Pam Bondi sosial mediada Tramp administrasiyasının təhlükəsizliyi təmin etmək və cinayət nisbətlərini azaltmaq məqsədilə keçən ay Vaşinqtonda ictimai təhlükəsizliklə bağlı fövqəladə vəziyyət elan etdiyini və nəticələr barədə məlumat paylaşıb.
Bondi bildirib ki, bu missiya çərçivəsində Vaşinqtonda 3,000-dən çox şəxs həbs edilib və 280-dən çox qanunsuz odlu silah ələ keçirilib. “Dünən 80 nəfər həbs olundu”, – deyə o, əlavə edib.
Bondinin paylaşımında 20 sentyabr tarixinə olan statistikaya görə, ümumilikdə 304 nəfərin həbs edildiyi və 283 qanunsuz silahın götürüldüyü bildirilib.
Aytən Yaşar/ Turkustan.az