Əhməd Şaranın həyat yoldaşı məzun oldu


Suriya Prezidenti Əhməd Şəranın həyat yoldaşı Lətifə əl-Durubi İdlib Universitetinin Ərəb Dili və Ədəbiyyatı fakültəsini uğurla bitirib.

Turkustan.az xəbər verir ki, Şaranın da iştirakı ilə İdlib Universitetində “Zəfər və Qurtuluş” devizi altında məzunlar üçün mərasim keçirilib. Tədbir zamanı Lətifə əl-Durubi diplomunu şəxsən prezident Əhməd Şəranın əlindən alıb.

Məzun mərasimində çıxış edən Lətifə əl-Durubi təhsili boyunca ona dəstək olan hər kəsə təşəkkürünü bildirib. O, xüsusilə həyat yoldaşı Prezident Əhməd Şəraya minnətdarlığını ifadə edib:

“Elmin vacibliyinə inanan və bir qadın, həyat yoldaşı və elm tələbəsi olaraq mənə ilk dəstək olan prezident Əhməd Şəraya xüsusi təşəkkürümü bildirirəm.
Əziz anam və atam, sizin razılığınız və səmimi dualarınız ən çətin anlarda yol göstərən bir işıq oldu.”

Lətifə əl-Durubi həmçinin öz çıxışında Suriya xalqına, xüsusilə müharibədən əziyyət çəkən qadın və analara müraciət edib:

“Hər bir suriyalı anaya, övladlarını itirənlərə, məktəbə gedənlərə, nəvələrini əmanətə göndərə bilməyən hər bir şəhid anasına demək istəyirəm: bu uğur sənindir, vətən sənindir, bu zəfər tək sənindir.”

Durubi çıxışını aşağıdakı sözlərlə tamamlayıb:

“Bəli, yaşamağa, sevincə layiqik. Gələcəyimizi öz əllərimizlə yazmağa layiqik. Qoy bu gün bir sonun yox, yeni bir başlanğıcın xəbərçisi olsun.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ