Türkiyə Xarici İşlər Nazirliyi İsrail parlamentinin İordan çayının qərb sahilini ilhaq etmə qərarı ilə bağlı açıqlama yayıb.
Turkustan.az xəbər verir ki, açıqlamada: "İsrailin İordan çayının qərb sahilini ilhaqına çağıran qərar beynəlxalq hüquqa görə etibarsızdır və heç bir etibarlılığı yoxdur" ifadəsi işlədilib.
İsrail Parlamentinin "İordan çayının qərb sahilinin ilhaqı istiqamətində atılan addımlarla bağlı" başlıqlı bəyanatında bu ifadələr yer alıb:
“İsrail parlamentində işğal olunmuş İordan çayının qərb sahilinin İsrail tərəfindən ilhaqını tələb edən qətnamə beynəlxalq hüquq baxımından etibarsızdır və heç bir qüvvəyə malik deyil.
İordan çayının qərb sahili Fələstin ərazisidir və 1967-ci ildən İsrailin işğalı altındadır. İsrailin onu ilhaq etmək cəhdi sülh səylərini pozmağa yönəlmiş qeyri-qanuni və təxribatçı cəhddir.
Netanyahu hökumətinin zorakılıq siyasəti və qeyri-qanuni hərəkətləri ilə sağ qalmaq cəhdləri hər gün yeni böhranlara səbəb olur və beynəlxalq nizama və regional təhlükəsizliyə ciddi təhlükə yaradır.
İsrailin soyqırım təcavüzünə qarşı məcburi və çəkindirici tədbirlər təxirə salınmadan həyata keçirilməlidir; beynəlxalq sistemin hüquqi və mənəvi öhdəlikləri səmərəli şəkildə yerinə yetirilməlidir".
Aytən Yaşar/ Turkustan.az