ABŞ-da yerləşən Axios xəbər platforması ABŞ-ın Suriya və İsrail arasında görüşə vasitəçilik edəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, iki ölkə arasında gələcək böhranların qarşısını almaq üçün keçiriləcək görüşün cümə axşamı keçiriləcəyi gözlənilir.
Axios-un məlumatına görə, iclasa ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak başçılıq edəcək. Bildirilib ki, görüşdə iki ölkə arasında kommunikasiyanı artırmaqla böhranların qarşısının alınması müzakirə olunacaq. Görüşün harada keçiriləcəyi barədə hələlik məlumat yoxdur.
İsrail rəsmisi Axios-a bildirib ki, vəziyyət hələlik nisbətən əlverişlidir, lakin iki ölkə arasında hərtərəfli razılıq əldə olunmayana qədər fundamental məsələlər həll olunmayacaq. İsrail Suriyanın paytaxtı Dəməşq və Suveydaya hücumlar təşkil edib və hücuma məruz qalan yerlərdən biri də Suriya Müdafiə Nazirliyinin binası olub.
Aytən Yaşar/ Turkustan.az