Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ prezidenti Donald Tramp administrasiyasının verdiyi açıqlamaların onun hərəkətləri ilə ziddiyyət təşkil etdiyini ifadə edib.
Turkustan.az xəbər verir ki, Ryabkov paytaxt Moskvada keçirdiyi mətbuat konfransında cari məsələləri dəyərləndirib.
Rusiya ilə ABŞ arasındakı münasibətlərə də toxunan Ryabkov, ABŞ tərəfinin ikitərəfli münasibətləri yaxşılaşdırmaq məqsədi daşıyan görüşü təxirə saldığını qeyd edərək: "Bu, texniki fasilədir. ABŞ ilə üçüncü raund məsləhətləşmələrin tarixinin ən qısa zamanda müəyyənləşdirilməsini gözləyirik" dedi.
ABŞ-ın Rusiyaya səfir təyin etməsi məsələsinə aydınlıq gətirilmədiyini və Rusiya tərəfinin bu məsələyə müdaxilə tələb etmədiyini qeyd edən Ryabkov, ABŞ-la məhbus mübadiləsinin bərpası ilə bağlı hələlik heç bir irəliləyiş olmadığını bildirib.
Rusiyanın ABŞ-dakı diplomatik varlıqlarına həbs qoyulmasının qəbuledilməz olduğunu və bu mövzuda ABŞ-a təzyiqlərini davam etdirəcəklərini bildirən Ryabkov: "ABŞ-dan birbaşa uçuşların başlaması təklifimizə heç bir reaksiya görmürük" dedi.
ABŞ administrasiyasını tənqid edən Ryabkov: "Tramp administrasiyasının açıqlamaları və hərəkətləri kifayət qədər ziddiyyətlidir. Bu, işimizi çətinləşdirir. Buna baxmayaraq, ikitərəfli əlaqələrin yaxşılaşdırılması istiqamətində israrlı və davamlı şəkildə irəliləyirik" dedi.
Aytən Yaşar/ Turkustan.az