Pezeşkiandan AÇIQLAMA: Nə müharibə istədik, nə də onu başlatdıq


Iyunun 13-ü gecə yarısı “İranın nüvə proqramını hədəfə aldığı” iddiası ilə başlayan İsrailin hücumları, İranın cavab hücumları ilə davam edir.

Turkustan.az xəbər verir ki, regionda gərginlik ən yüksək həddə davam etsə də, İran prezidenti Məsud Pezeşkian deyib ki, İranın nüvə silahı yaratmaq niyyəti yoxdur.

"Bizim nüvə silahı yaratmaq niyyətimiz yoxdur, lakin bizim nüvə enerjisi və tədqiqat hüququmuz var, bunu heç kim bizdən ala bilməz. Biz nə müharibə istəmədik, nə də onu başlatdıq", - Pezeşkian IRNA-ya deyib.

Hücumlarda İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olduğu halda, mülki itkilərin ümumi sayının 224 olduğu açıqlanıb.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 16 nəfərin öldüyü, 400-dən çox insanın yaralandığı bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ