Veteran futboçu: "Gənc vaxtı Messinin geni dəyişdirilmişdi"


"Mançester Siti"nin keçmiş futbolçusu Coi Barton "İnter Mayami"də çıxış edən argentinalı hücumçu Lionel Messinin gənc yaşlarında steroid qəbul etdiyini və bunun onun boyuna təsir etdiyini bildirib.

Turkustan.az bu barədə "Daily Mail"ə istinadən xəbər verir.

"Messi gənc yaşda genetik cəhətdən dəyişdirilmişdi. Ona böyümə hormonu və böyüməsinə kömək edən hər cür dərman verildi. Bildiyimə görə, başqa heç kim belə bir şey etməyib", deyə Barton bildirib.

Qeyd edilir ki, 1997-ci ildə tibbi müayinə Messinin böyümə hormonu çatışmazlığı (BHD) olduğunu ortaya qoyub və bu, ondan gündəlik böyümə hormonu inyeksiyasını tələb edib. /qaynarinfo.az/


MANŞET XƏBƏRLƏRİ