Rus polkovnikdən xəbərdarlıq - "Vəziyyət kəskinləşir, artıq Azərbaycanla..."


Aprelin 5-dən sonra Rusiya Ermənistana siyasi-iqtisadi cavab verməyə məcbur olacaq.

Turkustan.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, polkovnik İqor Korotçenko deyib.

Onun sözlərinə görə, Ermənistan sürətlə Rusiyanın ziddinə olaraq Qərblə hərbi-siyasi ittifaqa gedir:

"Son günlər Moskva müxtəlif kanallar vasitəsilə, o cümlədən açıq şəkildə İrəvana Ermənistan - Avropa Birliyi - ABŞ görüşündə de-fakto (sonra de-yure) siyasi-hərbi ittifaqın yaradılmasının həddən artıq arzuolunmazlığı barədə xəbərdarlıq edib. Aprelin 5-dən sonra Brüssel Rusiyanı siyasi-iqtisadi cavab verməyə məcbur edəcək.

Ən azı, Ermənistana belə bir xəbərdarlıq lap öncə, bir neçə il əvvəl verilməli idi, indi yox. Görünür, artıq qatar yola düşüb, deyəsən, Nikol Paşinyan bütün kartları açıb. Əvəzində Rusiyanın media və televiziya məkanında Paşinyanı söyən, ondan incikliklərini dilə gətirən məşhur büdcə personajlarının "erməni xalqının əsrlik dostluğu və müdrikliyi" haqda kəkələmələri, eləcə də İrəvanda küçə rəqslərini gördük. Bu erməni siyasi fiqurların niyyətləri guya Paşinyanı devirməkdir, əslində isə müxalif fəaliyyətlərindən pul qazanmaqla məşğuldurlar.

Hazırda hadisələr həddindən artıq sürətlənib, indi yalnız gələcəkdə necə və nə olacağını təxmin etmək olar. Proqnoz bizim üçün əlverişli deyil".

Korotçenko Rusiya-Azərbaycan münasibətlərindəki gəlişmələrə də diqqət çəkib:

"Ermənistanla münasibətlərin kəskin şəkildə pozulması fonunda Rusiya-Azərbaycan əməkdaşlığı bu gün əsl müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çatır, bu, bütün sahələri əhatə edir.

İndi prioritet diqqətin üç istiqamətini gücləndirmək və dərinləşdirmək lazımdır:

Rusiya Federasiyası və Azərbaycan Respublikasının Təhlükəsizlik Şuralarının katibləri vasitəsilə məsləhətləşmələr;

Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti arasında antiterror əməkdaşlığı;

Rusiya Federasiyası və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirlikləri arasında əməkdaşlıq, o cümlədən birgə təlimlər". /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ