“Məlum olduğu kimi, ABŞ-ın “Vaşinqton Post” qəzeti növbəti dəfə Azərbaycana qarşı sərt ittihamlarla dolu redaksiya məqaləsi dərc edib. Ümumiyyətlə, qəzet bundan əvvəl də Azərbaycana qarşı ittiham dolu məqalələri ilə tanınıb. Bu il isə "Vaşinqton Post"da Azərbaycan əleyhinə feyk xəbərlər dərc edilməsi ənənəvi xarakter alıb. Qəzetin Azərbaycana qarşı qərəzli xarakter daşıyan açıqlamaları sifarişlidir. Yəqin ki, bu məsələnin arxasında ABŞdakı erməni dairələri dayanır”.
Bunu millət vəkili Aydın Mirzəzadə Bakupost.az -a deyib.
O bildirib ki, əsas məqsəd ABŞ ictimaiyyətində Azərbaycanla bağlı mənfi fikir yaratmaqdır:
“Ancaq ABŞ-nin ictimai fikrini təkcə bu qəzetin formalaşdırmadığı da nəzərə alınmalıdır. Bu qəzetlə yanaşı ictimai fikrin formlaşmasında mühüm rola sahib bir çox qəzet və saytlar mövcuddur. Eyni zamanda orada Azərbaycanla əməkdaşlıq edən şirkətlər və bizimlə əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini anlayan dövlət idarələri var. Bu baxımdan hansısa qəzetin Azərbaycanla bağlı qərəzli yazı yayımlaması uğursuz cəhddən başqa bir şey deyil”.