Ərdoğanın səfəri öncəsi Yunanıstandan təəccüblü açıqlama


Prezident Ərdoğanın dekabrın 7-də Afinaya səfəri gözlənilir. Səfərdən əvvəl çıxış edən Yunanıstanın dövlət naziri Akis Skerços Türkiyə ilə birləşdirici elementlərə diqqət yetirmək istədiklərini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Yunanıstanın dövlət naziri Akis Skerços, prezident Rəcəb Tayyib Ərdoğanın dekabrın 7-də Yunanıstana planlaşdırılan səfəri zamanı iki ölkəni “birləşdirən” ünsürlərə diqqət yetirmək istədiyini bildirib.

Yunanıstan Dövlət Televiziyası ERT-ə danışan nazir Skerços prezident Ərdoğanın dekabrın 7-də paytaxt Afinaya planlaşdırdığı səfərlə bağlı qiymətləndirmələr edib.

İki ölkə arasında bir araya sığmayan məsələlərin hər kəsə məlum olduğunu ifadə edən Skerços, "Bunlarda israr etməyəcəyik. Ötən 4 ildəki gərginliyi aradan qaldırmaq üçün ortaq bir sahə tapmağa çalışacağıq" dedi.

Yunanıstanı əsl mənada maraqlandıran şeyin mehriban qonşuluq münasibətləri qurmaq, sərhədlərində sülhü təmin etmək və miqrasiya axınının qarşısını almaq olduğunu vurğulayan Skerços, “Biz bu mühüm görüşü fikir ayrılıqlarına deyil, bizi birləşdirən məsələləri müəyyən etmək və diqqət mərkəzində saxlamaq üçün planlaşdırdıq”.

Skerços bu yaxınlarda həm Türkiyədə, həm də Yunanıstanda ümumi seçkilər keçirildiyini xatırladaraq, hər iki ölkənin liderlərinin mehriban qonşuluq münasibətləri qurmaq niyyətlərini ortaya qoyduğunu bildirib.

Prezident Ərdoğanın dekabrın 7-də Türkiyə ilə Yunanıstan arasında keçiriləcək 5-ci Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (HDİK) toplantısı çərçivəsində Afinaya səfəri gözlənilir.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ