Tanınmış müğğəni Sezen Aksu azərbaycanlı fanatından polisə şikayət edib.
Turkustan.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Azərbaycan vətəndaşı Lale Arif M. adlı qadının onun malikanəsinə girməyə cəhd göstərməsi olub.
Müğənninin fanatı onun qarşısını kəsən mühafizəçini itələyərək “hamınızı öldürəcəm” deyə hədələyib. Bundan sonra Sezən Aksu pərəstişkarıbarədə polisə şikayət edib.
Məlum olub ki, Lalə Arif M. daha əvvəl dəSezen Aksunun evinə girməyə çalışıb. Sənətçi bildirib ki, azərbaycanlı fanat ötən ilin mart, may, iyul və oktyabr aylarında 4 dəfə onun evinin qapısına dayanıb.
Polis qadın barəsində “insanların asayişini pozma, təhdid, təhqir” maddələri ilə cinayət işi açıb.
Polisin müdaxiləsindən sonra Lalə Arif M.-nın Türkiyədən deportasiya edildiyi bildirilir.