Ağ, yoxsa qəhvəyi: Hansı yumurta daha faydalıdır?


Mütəxəssislərin çoxsaylı araşdırmasına əsasən, aralarında dad və qida dəyəri baxımından heç bir fərq olmasa da, istehlakçılar qəhvəyi yumurtaya üstünlük verirlər.

Turkustan.az-ın xarici KİV-ə istinadla məlumatına görə, ağ olanlar ekoloji cəhətdən daha təmizdir. Lakin istehlakçılar yumurta alarkən daha təbii göründüyü üçün qəhvəyi rəngə üstünlük verirlər.

Mütəxəssislər iki yumurta arasında fərqi belə izah edib:

"Ağ toyuqlar ağ rəngdədir və qəhvəyi toyuqlar qəhvəyi yumurta qoyur, bu qədər sadədir. Ağ toyuqlar daha məhsuldar canlılardır. Qəhvəyi toyuqlardan 20 həftə çox yaşayırlar. Daha çox yumurta verirlər, tez-tez xəstələnmirlər və daha az yemək yeyirlər. Daha az yem, aşağı karbon emissiyaları deməkdir".

Verilən məlumatlara əsasən, ağ yumurtalar mayonez istehsalı kimi sənaye məqsədləri üçün istifadə olunur.

Daha təbii və faydalı yumurta növü isə insanların bağda saxladığı toyuqlarının verdiyi yumurtalardır. Onların keyfiyyətinə görə, qiyməti də daha yüksəkdir.

Qeyd edək ki, iki rəng arasında dad fərqi olmasa da, ağ yumurtalar qiymət baxımından daha sərfəlidir. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ