Dünyanın ən məşhur gəmisi olan Titanikin qalıqları rəqəmsal skan üsulu ilə görüntülənib. Atlantik okeanının 3,800 metr dərinliyindəki dağıntının rəqəmsal skan edilmiş şəkilləri ən xırda təfərrüatlara qədər aydınlıq gətirib.
Turkustan.azxəbər verir ki, 1912-ci ildə ilk səyahəti zamanı Atlantik okeanında aysberqə çırpılan dünyanın ən məşhur batan gəmisi Titanik, Magellan adlı bir şirkət tərəfindən rəqəmsal skan üsulu ilə çəkilib.
Titanik analitiki Parks Stephenson, "Gəmi ilə bağlı hələ cavablandırılması lazım olan suallar var" deyərkən, yeni görüntülər üçün isə "Titanik hekayəsini dəlillərə əsaslanmağa aparacaq böyük bir addımdır.
1500-dən çox insan həyatını itirdi və dağıntılar altında qaldı; 1985-ci ildə əldə edilə bilən Titanik o vaxtdan bəri sualtı tədqiqatçıları cəlb edir. Yeni bir sənədli film hazırlayan "Atlantic Productions" üçün Magellan şirkətinin rəqəmsal skan edərək əldə etdiyi görüntülərlə Titanik ilk dəfə müşahidə edilə bilib.
200 saatdan çox səylə qarış-qarış araşdırılan gəmidə dalğıclar gəminin bütün bucaqlarından 700.000-dən çox şəklini çəkərək 3D animasiya yaradıblar.
Magellan şirkətindən Gerhard Seiffert bildirib ki, bu, indiyə qədər həyata keçirilən ən böyük sualtı dərinləşdirmə layihəsidir.
Eltac/Turkustan.az