Alimlər: "Pendir ömrü uzadır"


Psixi rifah sağlam qocalmanı və uzunömürlü olmağı təşviq edən ən vacib amildir. Lakin tədqiqatçılar qeyd edir ki, pendir istehlakı ilə də uzunömürlülüyə nail olmaq olar.

Turkustan.az xəbər verir ki, bu qənaətə Şanxay Jiao Tonq Universiteti Tibb Fakültəsinin bir qrup alimi gəlib.

2,3 milyon insan üzərində aparılan genişmiqyaslı araşdırma nəticəsində məlum olub psixi sağlamlıq və stresə davamlılıq səviyyəsinin ən yüksək olduğunu bildirənlər daha çox pendir yeyirlər.

Mütəxəssislər, uzun yaşamaq istəyirsinizsə, mozzarellanın ürəyiniz üçün ən sağlam pendir olduğu qənaətindədir.

“Bu, yaxşı protein və kalsium mənbəyidir və hətta bağırsaq və immunitet sağlamlığına fayda verə biləcək probiyotikləri ehtiva edir”, – deyə alimlər qeyd edir. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ