Sənədli film: “Xatirələrin o tərəfində: Ağbaba səsləri” - VİDEO


Vaxtilə azərbaycanlıların yaşadığı Ağbaba mahalının sakinlərindən bəhs edən sənədli film çəkilib.

Turkustan.az xəbər verir ki, "Xatirələrin o tərəfində: Ağbaba səsləri" filmində ermənilər tərəfindən qovulduqdan sonrakı həyatları və faciəli talelərindən bəhs edilir.

Filmin əsas qəhrəmanları əvvəllər Ağbabada yaşamış indi isə müxtəlif ölkələrə, regionalara və şəhərlərə köçmüş insanlardır. Onlar doğma torpaqlarını xoş xatirələrlə yada salırlar. Bu insanlar hazırda Ağbabadan uzaqda yaşasalar da binokolla öz evlərini bir anlıq da olsa görmək niyyətilə Türkiyənin sərhədinə səyahət edirlər. Onlar uşaqlıqda Ağbabada yaşayarkən Türkiyə tərəfə baxaıb ora getməyi xəyal edərdilər. İndi isə əksinə, Türkiyənin Ermənistanla sərhədinə gedib öz kəndlərinə baxan azərbaycanlılar Ağbabaya getmək istəyirlər. Filmdə Ağbabalıların hazırladıqları yeməklər göstərilir. Keçmiş kənd sakinləri indi də öz mətbəxlərinin yeməklərini qoruyub saxlayırlar. Ağbaba sakinlərinin bütün toylarda oynadıqları “Yallı” rəqsi xalqın öz kökü ilə sarsılmaz əlaqədə olmasını sübut edir.

Film Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən hazırlanıb.

İctimai Birlik filmin ərsəyə gəlməsində köməyi olan hər bir quruma və Ağbaba sakinlərinə təşəkkür edir.


MANŞET XƏBƏRLƏRİ