Belarus: "NATO qoşunlarının sərhəd yaxınlığında cəmləşməsi pik həddə çatıb"


Belarus və Rusiyanın qərb sərhədində NATO qoşunlarının mövcudluğu son 20 ilin ən böyük göstəricisidir. Bu barədə Belarus Təhlükəsizlik Şurası dövlət katibinin birinci müavini Pavel Muraveyko bildirib.

"Bunlar nə Baltlar, nə də polyaklar deyil, bunlar NATO blokunun hərbi birləşmələri, Amerika batalyonlarıdır", - TASS Belarus rəsmisindən sitat gətirir.

Turkustan.az xəbər verir ki, Muraveikonun sözlərinə görə, alyans qoşunlarının cəmləşməsi pik həddə çatıb. O, həmçinin qeyd edib ki, Amerika batalyonları Litvada, Belarus sərhədindən 15 kilometr aralıda yerləşən Pabradı poliqonunda yerləşir.

Bundan əvvəl ölkə prezidenti Aleksandr Lukaşenko Ukrayna Silahlı Qüvvələrinin təxminən 120 min döyüşçüdən ibarət qrupunun Belarus sərhədi yaxınlığında cəmləşdiyini bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ