Türkiyə ilə Yunanıstan arasında görüş İstanbulda baş tutacaq


Türkiyə və Yunanıstan arasında 2021-ci ildə başlayan “Müsbət Gündəm” təşəbbüsünün altıncı iclası aprelin 26-da İstanbulda keçiriləcək.

Turkustan.az xəbər verir ki, diplomatik mənbələrdən alınan məlumata görə, Türkiyə və Yunanıstan arasında “Müsbət Gündəm” dialoqu çərçivəsində nazir müavini səfir Burak Akçapar və Yunanıstan xarici işlər nazirinin müavini Konstantinos Fragkogiannisin başçılıq etdiyi nümayəndə heyətləri Pozitiv Gündəm təşəbbüsünün altıncı iclasını keçirəcək.

İclasda 16 oktyabr 2023-cü il tarixində Afinada keçirilmiş son görüşdən sonra əldə edilmiş tərəqqinin nəzərdən keçirilməsi və ikitərəfli ticarət, iqtisadiyyat, nəqliyyat, təhsil, texnologiya, ətraf mühit, səhiyyə və insan əlaqələrinin inkişafı üzrə Birgə Fəaliyyət Planına baxılıb. prosesə daxil edilə biləcək yeni əməkdaşlıq istiqamətləri ilə bağlı məsləhətləşmələrin və prosesin gələcəyi ilə bağlı fikir mübadiləsinin nəzərdə tutulduğu bildirilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ