Husilər Ədən körfəzində İsrail gəmisini vurduqlarını bildiriblər


Yəməndəki husilər Ədən körfəzində İsrail gəmisinə və İsrailin cənubundakı Eylat sahilindəki hədəflərə raketlər və pilotsuz uçuş aparatları ilə hücum etdiklərini açıqlayıb.

Turkustan.az xəəbr verir ki, Husilərin Hərbi Sözçüsü Yəhya Seri televiziya çıxışında İsrailin MSC Darwin gəmisini Ədən körfəzində raketlər və pilotsuz uçuş aparatları ilə hədəf aldıqlarını və məqsədlərinə çatdıqlarını bildirib.

Seri, İsrailin cənubundakı Eylat sahil şəhərindəki hədəflərə də raket hücumları həyata keçirdiklərini bildirib.

Husi qüvvələrinin Qırmızı dəniz, Oman dənizi və Hind okeanında İsrail və ona bağlı olanların naviqasiyasını əngəlləməyə davam etdiyini ifadə edən Seri, "İşğal altındakı Fələstində düşmən İsrailin hədəflərinə qarşı daha çox hərbi əməliyyatlar həyata keçirməyə davam edirik. Əməliyyatlarımız. İsrail təcavüzünü dayandırmayınca Fələstin xalqına dəstək davam edəcək."

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ