Bayden-Ərdoğan görüşünün tarixi bəlli oldu - Nələr müzakirə olunacaq?


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenlə görüşəcək.

Turkustan.az xəbər verir ki, Ərdoğan onu müşayiət edən nümayəndə heyəti ilə may ayında ABŞ-yə rəsmi səfər edəcək.

Səfər çərçivəsində Ərdoğanı Ağ Evdə Bayden qonaq edəcək. Onlar bir çox ikitərəfli və qlobal məsələləri dəyərləndirəcəklər.

Planlaşdırılan sammitlə bağlı Bloomberg görüşün tarixini açıqlayıb..

Xəbərdə görüşün tarixinin mayın 9-u olduğu bildirilib.

Prezident Ərdoğanın səfərinin İsrailin Qəzzaya hücumları ilə yanaşı İran-İsrail gərginliyinin yaşandığı bir vaxtda baş tutacağı qeyd edilib.

Türkiyə-ABŞ əlaqələrinin bütün aspektlərinin müzakirə olunacağı görüşdə regional və qlobal məsələlərin də dəyərləndirilməsi gözlənilir.

İqtisadi münasibətlərdə mövcud vəziyyətin liderlər tərəfindən müzakirə ediləcəyi nəzərdə tutulur. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ