ABŞ Suriyadakı bazalarına əlavə qüvvələr göndərdi


ABŞ ordusu Suriyanın Həsəkə vilayətində terror təşkilatı PKK/YPG-nin işğal etdiyi bölgələrdəki bazalarına 40 maşından ibarət əlavə hərbi qüvvə göndərib.

Turkustan.az xəbər verir ki, yerli mənbələrdən alınan məlumata görə, ABŞ qüvvələrinin karvanı ötən gecə İraq və Suriya arasındakı Əl-Valid Sərhəd Qapısından Həsəkəyə daxil olub.

ABŞ əsgərlərini daşıyan Bradley tipli zirehli maşınların da olduğu 40 maşından ibarət karvan əvvəlcə Hasəkənin Rumeylan qəsəbəsindəki hərbi bazaya gəlib.

Yanacaq tankerləri, tibbi ləvazimat və sursat yüklənmiş hərbi maşınlardan ibarət karvan daha sonra Həsəkənin şimal-qərbindəki Tel Beyder bazasına doğru hərəkət edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ