ABŞ yeni silahını dünyaya tanıtdı: Telefon ilə... - FOTO


ABŞ-ın robot istehsal edən şirkəti tərəfindən istehsal edilən ən son cihazın fotoşəkilləri bütün dünyada səs-küy yaratdı. Sözügedən robotun xüsusiyyətləri beynəlxalq mediada qızğın mövzuya çevrilib.

Turkustan.az xəbər verir ki, İnsanabənzər robotlarla yanaşı, it şəkilli robotlar da çox populyardır. Bir çox hərbi ekspertlər deyirlər ki, bu robotlar döyüş meydanlarında kamikadze kimi istifadə oluna bilər. Bu çərçivədə ABŞ şirkəti Throwflame yeni istehsal etdikləri robotu dünyaya açıqladı. Sözügedən robotun görüntüləri dünya mətbuatında böyük səs-küyə səbəb olub.

Thermonator adlı uzaqdan idarə olunan robot hətta telefondan da idarə oluna bilir. Böyük tələbat əsasında istehsal edildiyini bildirən şirkət, robotun hər istiqamətə atəş edə bildiyini və yeni versiyada alov qurğusu quraşdırdıqlarını bildirib. Şirkət həmçinin xatırladıb ki, bu alov qurğusu xüsusi sifariş əsasında əlavə edilib.

Robotun satış qiyməti təxminən 310 min lirə olan 9 min 400 dollardır . Robotu silah olaraq deyil, təbiəti qorumaq və fermerlər üçün dizayn etdiklərini bildirən şirkət, sözügedən cihazın lazer görmə, fənər və işığa həssas xəritəçəkmə qabiliyyətinə malik olduğunu sözlərinə əlavə etdi.

Şirkətin saytında dərc olunan görüntülərdə robotun meşəlik ərazilərdən tutmuş qar kimi müxtəlif relyeflərdə qaçdığı və ətrafa atəş açdığı əks olunub. Digər tərəfdən, robotun çəkisi cəmi 2 kilo civarındadır.

Telefondan idarə olunan Thermonatoru dünyaya təqdim etdilər: lazer və avtomatik nişan alma

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ