Yaxın Şərqdə gərginlik yüksəlir: Şimali Koreyadan İrana sürpriz səfər


İranın İsrailə qarşı 300 raketlə cavab hücumu dünya ictimai rəyində geniş əks-səda doğursa da, Tehran sürpriz qonağı qəbul edib. Şimali Koreyanın Xarici İqtisadi Əlaqələr naziri Yun Conq Honun başçılıq etdiyi nümayəndə heyəti İranda səfərdə olarkən, rəsmi agentliyin bir cümlə ilə açıqladığı görüşün məqsədləri və ya gündəliyi hələlik məlum deyil.

Turkustan.az xəbər verir ki, aprelin 19-da gecə yarısı İranın mərkəzi hissəsindəki İsfahanda ardıcıl partlayış səsləri eşidilib. İran bir neçə kiçik pilotsuz təyyarənin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu iddia edərkən, ABŞ rəsmiləri İsrailin İsfahandakı hərbi bazaya raket atdığını bildirib.

İran və İsrail arasında cavab müharibəsi hələlik dayanmış kimi görünsə də, Tehran sürpriz qonağı qəbul edir. Şimali Koreya rəsmiləri İrana səfər edib, rəsmi xəbər agentliyi KCNA bildirib.

KCNA, Şimali Koreyanın Xarici İqtisadi Əlaqələr naziri Yun Conq Honun rəhbərlik etdiyi nümayəndə heyətinin paytaxt Pxenyandan İrana uçduğunu bildirib. Bir cümləlik xəbərdə başqa təfərrüatlar paylaşılmayıb, səfərin məqsədləri və ya gündəmi hələlik məlum deyil.

Şimali Koreya ilə İran arasında gizli hərbi əlaqələrin olduğu ehtimal edilən oxşar səfərlər olduqca nadirdir və çox vaxt ictimaiyyətə açıqlanmır. Cənubi Koreyanın Yonhapp xəbər agentliyi yazıb ki, Pxenyandan Tehrana nadir səfər İran və Şimali Koreya arasında hərbi əməkdaşlıq şübhələri fonunda baş verib.

Əvvəlki illərdə Suriya ilə əlaqələri idarə etdiyi bilinən Yun Jong Ho aprelin əvvəlində bir heyətlə Rusiyanın paytaxtı Moskvaya səfər edib. Moskva səfərindən bəhs etməyən Rusiyanın TASS xəbər agentliyi Şimali Koreya rəsmilərinin İrana sonuncu dəfə 5 il əvvəl, 2019-cu ildə səfər etdiyini xatırladıb. Məlumdur ki, Şimali Koreya bu gün iyirmi səkkizinci ayını tamamlayan Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Moskvaya əhəmiyyətli miqdarda raket və silahlar verib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ