Türkiyədə güclü zəlzələ: Dağıntılar var - Təcili


Türiyənin Tokat şəhərinin Sulusaray ilçəsində 5,6 bal gücündə zəlzələ baş verib.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

5,99 kilometr dərinlikdə meydana gələn təkanlar ətraf əyalətlərdə də hiss olunub.

***
İlk təkanlardan sonra 3,5 bal gücündə növbəti zəlzələnin baş verdiyi bildirilib.

Sulusaray bələdiyyə başqanı Davud Kılıç Buğdaylı kəndində bəzi evlərin və 2 məscid minarəsinin uçduğunu bildirib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ