Lavrov: "Rusiya qarşılıqlı əsasda təhlükəsizlik zəmanətlərini verməyə hazırdır"


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Ukrayna böhranının sülh yolu ilə həlli prosesində qarşılıqlılıq şərti ilə digər ölkələrin təhlükəsizlik maraqlarını təmin etməyə hazır olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Lavrov “İzvestiya”ya müsahibəsində Çinin 2023-cü ilin fevralında təqdim etdiyi 12 bəndlik sülh təşəbbüsünü yüksək qiymətləndirərək, Rusiyanın buna müsbət cavab verdiyini vurğulayıb. “Diplomatik perspektivlər baxımından çılğın olan Zelenskinin “düsturundan” fərqli olaraq, bu Çin sənədi baş verənlərin səbəblərinin təhlilinə və onların aradan qaldırılması zərurətinə əsaslanır”, - nazir vurğulayıb.

Nazir vurğulayıb ki, Çin sənədində baş verənlərin səbəblərindən biri kimi BMT Nizamnaməsinə əməl edilməməsi və Qərbin hələ İkinci Dünya Müharibəsi başlamazdan əvvəl tətbiq etməyə başladığı birtərəfli sanksiyaların mənfi rolu göstərilir.

Lavrov bildirib ki, bütün tərəflər üçün bərabər təhlükəsizliyə nail olmaq üçün “yerdə” mövcud vəziyyətin, o cümlədən yeni regionların sakinlərinin hüquq və maraqlarının, Rusiyanın qanuni maraqlarının təminatlarının tanınması əsasında danışıqlar aparmaq lazımdır. “Biz öz tərəfimizdən prosesin digər iştirakçılarının qanuni təhlükəsizlik maraqlarını təmin etməyə hazırıq”, - Rusiya diplomatiyasının rəhbəri qeyd edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ