Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən parlament seçkilərində Almaniya üçün Alternativ (AfD) partiyası böyük fərqlə qalib gəlib.
Turkustan.az xəbər verir ki, lakin partiya təkbaşına hökumət qurmaq üçün kifayət qədər səs toplaya bilməyib.
Səsvermə hüququ olan 1,7 milyon seçicinin qeydiyyatda olduğu əyalətdə səsvermə yerli vaxtla saat 18:00-da başa çatıb.
Dövlət Seçki İdarəsinin məlumatına görə, bülletenlərin 97 faizi hesablanıb. Almaniyanın ictimai yayımçısı ZDF-nin açıqladığı ilkin nəticələrə əsasən, AfD səslərin 44,4 faizini əldə edib.
Bununla da AfD 2021-ci il seçkiləri ilə müqayisədə səs payını 23,6 faiz bəndi artırıb. Partiya Saksoniya-Anhalt əyalətində parlament seçkiləri tarixində indiyədək hər hansı siyasi qüvvənin əldə etdiyi ən yüksək səs faizinə nail olub.
AYtən Yaşar/ Turkustan.az