Ben-Qvir Qəzza planını açıqladı: Fələstinlilər köçürüləcək?


İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzza zolağındakı fələstinlilərin “könüllü köçürülməsi” siyasətini həyata keçirmək üçün “dövlət immiqrasiya idarəsi” yaradılacağını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Ben-Qvir sosial media hesabında Qəzzada “könüllü köçürülmə”nin təşviq edilməsinin yeganə həll yolu olduğunu iddia edib.

Nazir qarşıdakı dövrdə yaradılacaq qurumun bu prosesin həyata keçirilməsinə xidmət edəcəyini bildirib. Tənqidçilər isə bu siyasətin fələstinlilərin məcburi köçürülməsi və etnik təmizləmə riski daşıdığını vurğulayırlar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ