Kiyevdə kritik görüş: ABŞ və Avropa nümayəndələri danışıqlar masasında


Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ nümayəndələri ilə iki raund danışıqlardan sonra Böyük Britaniya, Fransa və Almaniya liderlərinin nümayəndələrinin iştirakı ilə üçüncü müzakirənin başladığını bildirib.

Turkustan.az xəbər verir ki, Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerə Ukraynaya səfər etdikləri üçün təşəkkür edib.

Ukrayna lideri Vitkoff və Kuşnerin Kiyevə səfərinin onların paytaxta ilk səfəri olduğunu qeyd edib. Zelenski həmçinin ABŞ-a göstərdiyi dəstəyə və Amerika nümayəndə heyətinin Rusiyaya səfərindən sonra Ukraynaya gəlməsi üçün şərait yaratdığına görə Trampa minnətdarlığını bildirib.

Zelenski: Biz Britaniya, Fransa və Almaniya nümayəndələrinin iştirakı ilə müzakirəyə başlayırıq

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ