ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranla mümkün müharibə fonunda sursat ehtiyatlarının azalması ilə bağlı məlumat sızmasının araşdırılması çərçivəsində Türkiyədəki Birgə Qərargah Rəisləri Komitəsində çalışan təxminən 50 hərbi və mülki əməkdaşa yalan detektoru testi keçirib.
Turkustan.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb. Avqust ayında keçirilən testlər zamanı əməkdaşlardan jurnalistlərə məxfi məlumat ötürüb-ötürmədikləri və azalan sursat ehtiyatları barədə məlumat verib-vermədikləri soruşulub.
Təqaüddə olan Hərbi Dəniz Qüvvələrinin general-mayoru Donald J. Guter belə miqyasda və səviyyədə kütləvi testlərə daha əvvəl şahid olmadığını bildirib. CBS News-a danışan mənbələr isə bəzi CENTCOM və digər döyüş komandanlıqlarının əməkdaşlarının da testdən keçirildiyini qeyd ediblər.
Pentaqonun sözçüsü Şon Parnell araşdırma ilə bağlı açıqlama verməkdən imtina edib, lakin məxfi məlumatların qorunmasının vacibliyini vurğulayıb. Müdafiə naziri Pit Heqset iyul ayında Pentaqon və Ədliyyə Nazirliyinin məlumat sızmalarını araşdırmaq üçün birgə işçi qrupu yaratdığını açıqlamışdı.
ABŞ Prezidenti Donald Tramp isə sızdırılan məlumatlarla bağlı məsul şəxslərin müəyyənləşdirilməsini tələb edib və onları “xəyanətdə” ittiham edib.
Aytən Yaşar/ Turkustan.az