Mask Fransada ifrat sağçı namizədi açıq şəkildə dəstəklədi


Dünyanın ən varlı şəxslərindən biri olan Elon Musk Avropadakı sağçı siyasi qüvvələrə dəstəyini davam etdirir.

Turkustan.az xəbər verir ki, Almaniyada ifrat sağçı AfD partiyasına dəstək verməsi və İspaniyanın sosialist Baş naziri Pedro Sançezlə fikir ayrılığı yaşamasından sonra Musk bu dəfə Fransada ifrat sağçı siyasətçi Marin Le Penə dəstəyini açıqlayıb.

Mask gələn il keçiriləcək Fransa prezident seçkiləri öncəsi Le Penin namizədliyinə münasibət bildirib. O, öz rəqəmsal platformasındakı paylaşımında Le Penin sorğulardakı göstəricilərinə istinad edərək, "O, Fransanın son ümididir!" ifadəsini işlədib.

Le Pen Avropa Parlamentinin maliyyə vəsaitlərindən qanunsuz istifadə ittihamı ilə bağlı məhkəmə prosesindən sonra bəraət alıb və ötən həftə növbəti prezidentlik kampaniyasına start verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ