Müharibədə bir ilk! İstifadə edilən yeni silah güc balansını tamamilə dəyişdirəcək


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı ətrafında İrana qarşı keçirilən son əməliyyatlarda ilk dəfə olaraq döyüş təyyarələri və hərbi gəmilərlə yanaşı, yerüstü pilotsuz vasitələrdən (UDV) və hava dronlarından istifadə edildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, CENTCOM-un məlumatına görə, əməliyyatların əsas məqsədi İranın Hörmüz boğazı bölgəsindəki hərbi imkanlarını zəiflətmək olub. Lakin komandanlıq istifadə edilən pilotsuz sistemlərin sayı və modelləri barədə açıqlama verməyib.

Bildirilib ki, zərbələr zamanı İranın hava hücumundan müdafiə sistemləri, sahil radarları, raket və pilotsuz uçuş aparatları infrastrukturu, eləcə də kiçik dəniz hərbi vasitələri hədəfə alınıb.

ABŞ-ın hücumlarından sonra İran cavab tədbirləri görüb. İran İnqilab Keşikçiləri bölgədəki ABŞ hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini açıqlayıb. Bəhreyndə hava hücumu xəbərdarlığı siqnalları verilib və bölgədə gərginlik daha da artıb.

Əməliyyatlarda ABŞ tərəfindən daha əvvəl yerləşdirilmiş LUCAS (Ucuz Qiymətli Pilotsuz Döyüş Hücumu Sistemi) hava dronlarının da iştirak etdiyi bildirilib.

İranın "Şahid-136" kamikadze dronları əsasında hazırlandığı qeyd edilən LUCAS sistemlərinin aşağı xərcli, lakin effektiv hücum imkanları təqdim etmək üçün nəzərdə tutulduğu vurğulanır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ