Kılıçdaroğlunun bu sözləri münaqişəni daha da alovlandıracaq


CHP-də baş verən rəhbərlik böhranı parlamentdə gərgin anlara səbəb olub.

Turkustan.az xəbər verir ki, həm CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu, həm də partiya sədri Özgür Özəl qrup iclasını Türkiyə Böyük Millət Məclisinin qrup zalında keçirəcəklərini açıqlayıblar.

Özəli dəstəkləyən partiya üzvlərinin səhər saatlarından etibarən zalı doldurması fonunda gərginlik artıb və parlament binasının girişində insident yaşanıb. Baş verən qarşıdurmadan sonra Kamal Kılıçdaroğlu qrup iclasını CHP-nin qərargahında keçirmək qərarı verib.

Qərargahda toplaşan deputatlar və partiya üzvləri qarşısında çıxış edən Kılıçdaroğlu bildirib ki, partiya naminə bundan sonra da əlindən gələni etməyə davam edəcək.

“Mən sizin üçün hər şeyi etmişəm və etməyə davam edəcəyəm. Sizi məyus etməyəcəyəm. Korrupsiyaya bulaşanların hamısını partiyadan uzaqlaşdıracağıq. Özümüzü yeniləyəcək və təmiz siyasət aparacağıq. İradəsini pula satanların bu partiyada yeri yoxdur. CHP tarixində heç vaxt gecə klublarında qurultay danışıqları aparılmayıb”, – deyə o vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ