ABŞ Prezidenti Donald Tramp İranın raket potensialını tam aradan qaldırmaq istədiyini bildirib. O, Vest Palm-Biçdə jurnalistlərə açıqlamasında bu imkanların məhv edilməsinin mümkün olduğunu deyib.
Turkustan.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ administrasiyasına görə, ABŞ və İsrailin zərbələrindən sonra İranın bu sahədə potensialının 15%-dən çoxu qalmayıb. Tramp yeni zərbələrin də mümkünlüyünü istisna etməyib və gələcəkdə ABŞ neft şirkətlərinin İranda fəaliyyət göstərə biləcəyini qeyd edib.
İran isə Pakistan vasitəsilə ABŞ-yə yeni nizamlanma planı təqdim edib, lakin danışıqlar nəticəsiz qalıb.
Hazırda Hörmüz boğazı ətrafında vəziyyət gərgindir: tərəflərin qarşılıqlı blokadaları regionda gəmiçiliyi iflic edib və qlobal enerji böhranını dərinləşdirib./modern.az