Kanadanın Britaniya Kolumbiyası əyalətində məktəbdə və evdə baş verən atışma nəticəsində hücum edən şəxs də daxil olmaqla 10 nəfər ölüb, 27 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, CBC-nin Kanada Kral Atlı Polisinin (RCMP) açıqlamasına istinadən verdiyi məlumata görə, əyalətin Tambler Ridge bölgəsindəki məktəbdə atışma baş verib.
Məktəbə hücum nəticəsində altı nəfər həlak olub, daha bir nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.
RCMP bölmələri hücumla əlaqəli olduğuna inandıqları yaxınlıqdakı bir evdə daha iki nəfərin meyiti tapıldığını bildirdi.
Hadisə zamanı hücum edən olduğu güman edilən bir nəfərin də ölü tapıldığı bildirilib.
Yaralıların vəziyyəti ilə bağlı açıqlamada deyilir: "İki zərərçəkən ağır və ya həyati təhlükə yaradan xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həyati təhlükəsi olmayan xəsarətlər üçün iyirmi beş nəfər yerli tibb mərkəzində müayinə olunur. Qalan bütün tələbələr və işçilər təhlükəsiz şəkildə təxliyə edilib."
Aytən Yaşar/ Turkustan.az