Trampdan sərt AÇIQLAMA: Ya razılaşma, ya da ikinci donanma!


ABŞ prezidenti Donald Tramp İranın razılığa gəlmək istədiyini bildirib və xəbərdarlıq edib: “Ya razılaşma əldə edəcəyik, ya da keçən dəfə etdiyimiz kimi çox çətin bir addım atmalı olacağıq”.

Turkustan.az xəbər verir ki, Donald Tramp İsrail mətbuatına İranla bağlı açıqlamalar verib.

İsraildə fəaliyyət göstərən Channel 12 telekanalına və ABŞ-ın Axios xəbər platformasına danışan Tramp deyib: “İranlılar razılaşma istəyirlər. Ya razılaşma əldə edəcəyik, ya da keçən dəfəki kimi çətin bir addım atmalı olacağıq”.

ABŞ prezidenti qeyd edib ki, bölgədə yerləşən mövcud dəniz qüvvələrinə əlavə olaraq ikinci bir təyyarədaşıyan gəminin göndərilməsi də nəzərdən keçirilir.

Tramp həmçinin İsrailin Baş naziri Benyamin Netanyahunun danışıqlardan geri çəkiləcəyinə inanmadığını vurğulayıb və onun da razılaşmanın əldə olunmasında maraqlı olduğunu bildirib.

Ağ Ev rəhbəri mümkün razılaşmanın İranın nüvə proqramını və raket arsenalını əhatə etməli olduğunu deyərək əlavə edib: “İranla əla bir razılaşma əldə edə bilərik”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ