Tramp mühüm danışıqlara hərbçiləri niyə göndərir?


ABŞ prezidenti Donald Tramp bir sıra mühüm istiqamətlərdə danışıqlara hərbçiləri cəlb etməklə fərqli siyasət xətti yürütməyə başlayıb.

Turkustan.az xəbər verir ki, proses Associated Press (AP) agentliyinin diqqətini cəlb edib. Belə ki, ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı danışıqlara ABŞ ordusu katibi Daniel Driskollu, Omanda İranla danışıqlara isə ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperi cəlb etmək qərarına gələrək ənənəvi diplomatik yanaşmalardan uzaqlaşıb. Agentlik qeyd edir ki, hər iki danışıqlar xətti ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin və prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoffun məsuliyyətindədir. Hərbi liderlərin diplomatik prosesə cəlb edilməsi qərarı onların təcrübə və bilikləri və ya müvafiq əlaqələrin mövcudluğu ilə müəyyən edilə, eyni zamanda danışıq aparanlara ABŞ-ın zəruri hallarda daha güclü metodlara əl atmağa hazır olduğunu çatdırmaq üçün bir yol ola bilər. AP hesab edir ki, bundan əlavə, bu addım Tramp administrasiyasının xarici siyasət və diplomatiyanın ənənəvi metodlarından uzaqlaşmasını göstərir.

AP-nin məlumatına görə, Driskolla Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda Ukrayna nümayəndə heyəti ilə Tramp administrasiyasının nümayəndələri arasında vasitəçi rolu həvalə edilib. Bundan əlavə, ABŞ-ın Avropa Komandanlığının rəhbəri Aleksus Qrinkeviç BƏƏ paytaxtına ezam edilib. Onun iştirakının ABŞ və Rusiyanın yüksək səviyyəli hərbi-hərbi dialoqu bərpa etmək barədə razılığa gəlməsinə kömək etdiyi deyilir. /Musavat.com


MANŞET XƏBƏRLƏRİ